(Source: anieehlaija, via psicoose)

Tags: snn'glnz

[Flash 9 is required to listen to audio.]

Təzadlar | meni anladan qezel

Kəsilib nəfəs, yorulub beyin, daha sanki heç düşünən deyil,

Sevinib gülən, sevilib sevən ürəyim susub döyünən deyil.


Susuzam bədən alışır yanır verir iztirab mənə daxilən,

Niyə bilmirəm bu cür iztirab gözə zahirən görünən deyil.


Dayanıb zaman dəyişik düşüb yenə günlərim qarışıb tamam,

Nə bu gün deyil bu günüm mənim nə sabah deyil nə dünən deyil.


Gecənin sükut və qaranlığı çöküb üstümə bürüyüb məni,

O sükuta qəlb bürünübsə də, o qaranlığa bürünən deyil.


Cahanın qızıl, iti xəncəri ayırır bölür məni min yerə,

Hələ anlamır kədərim, qəmim və məhəbbətim bölünən deyil.


Qanadım qırıq, tükənib gücüm uça bilmirəm sənə doğru mən,

Səni istəyir ürək ayrı bir yönə üz tutub sürünən deyil


Necə aşiqəm, necə sadiqəm, nəyə layiqəm bilirəm özüm,

Boğur Elyarı bu düşüncələr, yazıb eşq ilə öyünən deyil.

[Flash 9 is required to listen to audio.]

drfrankeshtein:

bitti…

Çoxunuz gəldi,
çoxunuz getdi aramızdan…
dinlədiniz, yaşamadığınız hissləri yaşayıb, həyatı və ən əsası özünüzü dərk etməyə kömək olduq. Və zaman gəldi, ağac öz içindən çürüməyə başladı, öz yaxınlarımız, özümüz bildiklərimiz bizim səmimiyyətimizdən xoşlanıb daha da irəlilədi, və biz sevindik…yalnız sevinc bizə qaldı. Zirvədə hər kəs üçün yer olur, amma bir nəfər seçilmiş kimi qalır…
Biz H.O.S.T’uq, və həmişə özümüz olaraq qalırıq, dəyişən sizsiniz. Biz bizə öyrədiləni heç vaxt danmarıq, sizin öyrəndikləriniz bizi sevindirər!

Tags: epiloq Qaraqan

the Beatles,18 september 1964

the Beatles,18 september 1964

(via watercolorgame)


2012 (:

2012 (:

(Source: poisonparadise, via watercolorgame)